Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına görə, Livanın sünni din xadimi və “Qoluna vəl-Əməl” (Sözümüz əməlimizdir) cəmiyyətinin rəhbəri Şeyx Əhməd əl-Qəttan həftəlik siyasi açıqlamasında vurğulayıb ki, Kərbəla məktəbi ümmətə haqq yolunda sabit qalmağı və zülmə qarşı — nə qədər böyük fədakarlıqlar tələb olunsa da — müqavimət göstərməyi öyrətmişdir.
O, İmam Hüseyn (ə) və onun əhli-beytinin üzləşdiyi əzab və müsibətlərin miqyasına diqqət çəkərək, bu bütün çətinliklərə baxmayaraq onların uca bir bayraq kimi dik dayandıqlarını, heç vaxt geri çəkilmədiklərini və öz prinsiplərindən dönmədiklərini qeyd edib.
Şeyx əl-Qəttan bu tarixi nümunəni müasir reallıqlarla əlaqələndirərək bildirib ki, bu Hüseynçi yanaşma Livan müqavimət döyüşçülərinin haqq üzərində sabitliyində və dünya tərəfindən tək buraxılmalarına baxmayaraq mövqelərini qorumaqlarında təcəssüm edir. O, həmçinin bu nümunənin ən aydın şəkildə Qəzza zolağında da göründüyünü, burada xalqın batil və zülmə qarşı qəhrəmanlıqla müqavimət göstərdiyini vurğulayıb.

Livanın sünni din xadimi Şeyx Əhməd əl-Qəttan
Rəyiniz